"Palma" İstirahət Mərkəzi
Cazibədar, əsrarəngiz istirahət ocağı!
"Palma" İstirahət Mərkəzi Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Nabran zonasında, Xəzər dənizinin sahilində yerləşir. "Palma"da Siz sağlam və tam dəyərli istirahət üçün zəruri olan hər şeyi tapacaqsınız. Dəniz suyu, təmiz hava və ecazkar, möcüzəli təbiət Sizin məzuniyyətinizi unudulmaz təəssüratlarla doldurmaqla yanaşı, səhhətinizi möhkəmləndirməkdə yardımçınız olacaq.
Sizin istirahətiniz üçün lazım olan hər şey buradadır!
Düşərgənin qonaqları çoxsaylı ağaclar, güllər və fəvvarələrin əhatəsində yerləşən rahat və gözəl kotteclərdə yaşayırlar. İstirahət kompleksimizdə 250 nəfərlik banket zalı, “Təndir” restoranı, Meşə zolağının ərazisində inşa edilmiş "Ocaqbaşı" restoranı, 120 nəfərlik konfrans zalı, diskoteka mövcuddur. Mükəmməl servisi ilə fərqlənən restoranlarımızın menyusunda Azərbaycan, rus və Avropa mətbəxinin ən gözəl yeməkləri yer alır.
İdman kompleksinin tərkibinə süni ot örtüklü futbol, voleybol və badminton meydançaları, stolüstü tennis, bilyard masaları və uşaqlar üçün oyun meydançası daxildir.
Almaniya və Türkiyə istehsalı olan etibarlı və eletronik təmizləyici sistemlə təchiz edilmis geniş və rahat 2 ədəd hovuz daim sizin ixtiyarınızdadır.
Hovuzlardan biri 275 m2, digəri 2200 m2 genişlikdədir. Hər 2 hovuzun yanında uşaqlar üçün hovuz mövcuddur. Böyük hovuzun yanında ayrıca olaraq “Aquapark” vardır.