"PALMA" İstirahət Mərkəzi
Nabran, Azərbaycan Respublikası
На русскомIn english
Gallery Order

Haqqımızda

Palma Oteli 2001-ci ildən etibarən Nabranda söyüd, meşə, çinar və şam ağaclarının kölgəsində, quşların nəşələndirdiyi gül baxçasında bütün ehtiyaclarınızı qarşılayacaq, çalışanları ilə qonaqlara yüksək xidmət göstərən gözəl bir istirahət mərkəzidir.

Otelin ümumi sahəsi 7.72 hektar təşkil edir ki, bunun da 1.44 hektarını nadir ağac növlərindən ibarət qeyri-adi gözəl meşə tutur. Otelimizdə 43 kottec və ümumi bir gecədə 287 qonağı qəbul edən nömrələr mövcuddur. Palma Oteli ilə çimərlik arasında 500 m məsafə vardır. Hava limanına qədər olan məsafə isə 225 km-dir.

"Palma"da Siz sağlam və tam dəyərli istirahət üçün zəruri olan hər şeyi tapacaqsınız. Dəniz suyu, təmiz hava və ecazkar, möcüzəli təbiət sizin məzuniyyətinizi unudulmaz təəssüratlarla doldurmaqla yanaşı, səhhətinizi möhkəmləndirməkdə yardımçınız olacaq. Düşərgənin qonaqları çoxsaylı ağaclar, güllər və fəvvarələrin əhatəsində yerləşən rahat və gözəl kotteclərdə istirahət etmək imkanına malikdir.

Meşə zolağının ərazisində inşa edilmiş "Ocaqbaşı" restoranı kənd üslubunda dizayn olunmuşdur. Mükəmməl servisi ilə fərqlənən “Ocaqbaşı” restoranının menyusunda Azərbaycan mətbəxinin ən gözəl yemək növləri yer alır.

Bundan əlavə Palma istirahət mərkəzində kafe, mağaza, diskoteka, futbol stadionu, uşaqlar üçün əyləncə mərkəzi, 250 nəfərlik banket zalı, həmçinin yüksək səviyyəli 120 nəfərlik konfrans zalı və.s dəyərli müştərilərin xidmətinə açıqdır.

Almaniya və Türkiyə istehsalı olan etibarlı və eletronik təmizləyici sistemlə təchiz edilmis geniş və rahat 2 ədəd hovuz daim sizin ixtiyarınızdadır. Hovuzlardan biri 275 m2, digəri 2200 m2 genişlikdədir. Hər 2 hovuzun yanında uşaqlar üçün hovuz mövcuddur. Böyük hovuzun yanında ayrıca olaraq “Aquapark” vardır.

line